|
XƏBƏRLƏR:
İnşaat qəlibləri istehsal edən “PASCHAL” alman firması ilə “FATEH” şirkəti arasında müştərək fəaliyyət haqqında müqavilə imzalanmışdır.Müqaviləyə əsasən Azərbaycanda “PASCHAL”ın məhsullarının satışı və digər servisləri “FATEH” şirkəti vasitəsi ilə həyata keçiriləcəkdir.
Qeyd edək ki, “PASCHAL” alman firması 40 ildən artiqdır ki, yüksək keyfiyyətli, dözümlü və uzunömürlü inşaat qəlibləri istehsal edir və konkret obyektlər üçün “price-list” təqdim etməklə qəliblərin hesabat üzrə layihələrini hazırlayır, sifarişçi tərəfin işçilərinin birbaşa tikinti meydançasında təlimatlandırılmasını təşkil edir.
|