Şirkətimizi sizə təqdim etməkdən böyük məmnunluq duyur və marağınız üçün təşəkkürümüzü bildiririk.
Fateh şirkəti fəaliyyətinə 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında bir çox bina və qurğuların layihələndirilməsi ilə başlamışdır.
Şirkət 1999-cu ildən Bakı şəhərində fəaliyyət göstərir.Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda və ölkədən kənarda çoxlu sayda layihələr həyata keçirmişdir
“Fateh” şirkətinin direktoru Adil Talıbovun layihəsi əsasında Türkiyənin Ceyhan şəhərində “Azərbaycan Türkiyə Dostluq Parkı” salınmışdır. Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Tayyib Ərdoğan iştirak etmişdir. Parkda – Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün heykəlləri, BTC boru kəmərinin marşrutunu əks etdirən panu və landşaft memarlığının ən üstün formalarından istifadə edilmişdir.
Digər
"Fateh" şirkətində həmçinin alüminium və plastik qapı,
pəncərə və s. hazırlanır