|
ƏMƏKDAŞLAR:
Prezident ( Direktor ) – Talıbov Adil Əhməd oğlu – Azərbaycan Rəssamlar İttifaqının və Memarlar İttifaqının üzvüdur. 20 ildən çox iş təcrübəsinə malikdir. Onun layihəsi əsasında Naxçıvanda, Bakıda və respublikamızın digər rayonlarında çoxlu sayda binalar tikilmiş və parklar salınmışdır. Adil Talıbovun layihəsi əsasında Türkiyənin Ceyhan şəhərində «Azərbaycan Türkiyə Dostluq Parkı» salınmışdır. O, 2006-cı ilin iyun ayının 4 – dən – 10 kimi Londonda keçirilən « Arch – London – 2006» həftəsində iştirak etmiş və sertifikat almışdır.
Direktor müavini – Talıbov Anar Nadir oğlu - İş təcrübəsi 10 ildir. Əsasən Şirkətin apardığı tikinti işlərinə və material təhcizatına rəhbərlik edir.
Baş memar – Məmmədov Rüstəm Ramazan oğlu - Azərbaycan Memarlar İttifaqının üzvüdür. 20 ildən çox iş təcrübəsi var. On iki il «Azərdövlətlayihə Baş Layihə İnstitunda» çalışıb. Onun layihəsi əsasında Bakı şəhərində və respublikamızın digər şəhər və rayonlarında çoxlu sayda çox mərtəbəli yaşayış binaları, ticarət mərkəzləri, ofis binaları, villalar digər ictimai binalar inşa edilmişldir.
Baş konstruktor – Əliyev Arif Əbdülsəməd oğlu – İş təcrübəsi 30 ildir. 20 il «Azərdövlətlayihə Baş Layihə İnstitunda» mühəndis, sonra isə baş konstruktor vəzifəsində işləmişdir. Arif Əliyevin konstruksiyası əsasında Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və respublikamızın digər rayonlarında mehmanxanalar, mədəniyyət sarayları, idman kompleksləri, xəstəxanalar, ticarət mərkəzləri, təhsil müəsisələri, ofislər və çox mərtəbəli yaşayış binaları, villalar və s. inşa edilmişdir.
Memar – Talıbov Azər Adil oğlu.
Memar – Vəliyev Aydın Həsən oğlu.
Memar – Pənahov Bəhruz Telman oğlu.
Menecer -- Sübhanverdiyev Fərid Eldar oğlu.
|